Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Aeroport yolunda orta yaşlı kişi (ad və soyadı dəqiqləşdirilir-red) yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçərkən avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Fakt araşdırılır.

Mənbə: report.az