Ərdoğan "tam güc siyasəti"ni nümayiş etdirir - Şmid

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadakı nüfuzunu genişləndirmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti Ərdoğanın Anqola səfəri ilə bağlı məqaləsində bildirib.

Məqalədə Ərdoğanın Afrika səfərinin dekabr ayında İstanbulda keçiriləcək üçüncü Türkiyə-Afrika Zirvəsindən iki ay öncə baş tutmasına diqqət yetirilib.

"Türkiyə bu gün yumşaq güc (ticarət, islam mədəniyyəti və QHT) və sərt gücü (silah satışı) birləşdirən tam güc siyasətini nümayiş etdirir", - bunu isə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun Yaxın Şərq üzrə proqram meneceri Dorot Şmid vurğulayıb.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Sizin də başınıza gələ bilər - VİDEO

SONRAKI XƏBƏR

İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq”