Putin 3-cü uşağa görə 1 milyon verilməsini TƏKLİF ETDİ

Putin 3-cü uşağa görə 1 milyon verilməsini TƏKLİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinə üçüncü uşaq və sonrakı uşaqların doğulması zamanı Uzaq Şərq sakinlərinə 1 milyon rubl (24 min manat) ödənilməsini təklif edib.

KONKRET.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, bu məsələ ilə bağlı hesabat noyabrın 1-dək hazırlanmalıdır.

Qeyd edək ki, Putin daha əvvəl Uzaq Şərqdə əhalinin artmasını tarixi bir vəzifə adlandırmışdı.

Mənbə: konkret.az