Azərbaycan Bakıda saxlanılan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni mediası yazıb. Proses Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.
Qeyd edək ki, sonuncu dəfə sentyabrın 7-də Azərbaycan Ermənistana 2 ermənini təhvil vermiş, əvəzində isə Cəmil Babayev ölkəmizə qaytarılmışdı.