Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı təsis ediləcək.

APA-nın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müazkirə olunub.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Mənbə: pia.az