“İlkin razılaşmalar var” - Paşinyanın müavini

“İlkin razılaşmalar var” - Paşinyanın müavini

“Kommunikasiyaların açılması ilə bağlı müəyyən təsəvvürlərimiz və ilkin razılaşmalar mövcuddur”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, sözügedən təsəvvürlər və ilkin razılaşmalar onunla bağlıdır ki, kommunikasiyaların blokdan çıxarılması ilə bağlı tənzimləmələr MDB-nin hüquqi bazası əsasında həyata keçiriləcək.

Qeyd edək ki, söhbət Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətindən gedir.

Mənbə: yenisabah.az