Erməni deputat: “Azərbaycan tərəfi əvvəllər tutduğu mövqelərdə möhkəmlənib”

“Faktiki olaraq may ayında Azərbaycan qoşunlarının daxil olmasına icazə verildi və indiyədək ölkənin hərbi-siyasi rəhbərliyindən heç kim buna görə məsuliyyət daşımayıb”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi tutduğu mövqelərdə möhkəmlənib.

“Azərbaycan tərəfi nəinki geri çəkilməyib, hətta əvvəllər tutduğu mövqelərdə möhkəmlənib”, - deyə Abrahamyan qeyd edib.

Abrahamyan “Facebook” səhifəsində yazıb ki, iki gün əvvəl həmkarı Anna Qriqoryan öz səhifəsində hakimiyyətin Qafandakı Pela dağını Azərbaycana təhvil verdiyini qeyd edib.

“Bildiyim qədər, dağın bir hissəsinə biz, digər hissəsinə isə azərbaycanlılar nəzarət edirlər. Siyasi hakimiyyət və ya hər hansı bir qurum bunu indiyə qədər inkar etməyib, yəni bu, təhvil vermə prosesinin səssizcə həyata keçirildiyi deməkdir”, - deyə Abrahamyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müəyyənləşdirilmiş müddətdə qanunu pozaraq onun məktubuna cavab verməyib və bu, dərin səbəbləri önə çəkir: “Sərhəddən mənə müxtəlif məlumatlar çatır, təhlükəsizlikdən çıxış edərək bundan 5 faizini danışıram, lakin ümid edirəm ki, səlahiyyətlilər mənim ədəbimdən istifadə etməyəcəklər”.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

"Azərbaycan əsgərinin qarşısını kəsmək skandaldır, İran üzr istəyib..."

SONRAKI XƏBƏR

Antalya turist axınında heyrətamiz statistika açıqladı