Blinken MAQATE rəhbəri ilə İranı müzakirə etdi

Blinken MAQATE rəhbəri ilə İranı müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken MAQATE rəhbəri Rafael Qrossi ilə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, Blinken nüvə silahlarının yayılmaması ilə bağlı MAQATE missiyasına hərtərəfli dəstəyini ifadə edib.

 

Mənbə: axar.az