Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Pravda.az M.Seyidovun dosyesini təqdim edir:
M.Seyidov 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.
O, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmazdan öncə sözügedən qurumun Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutub.
M.Seyidov bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.
Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Mənbə: pravda.az