ABŞ Qarabağdakı separatçı-terrorçu erməni rejiminə 2 milyon dollar ayırdı...

ABŞ Qarabağdakı separatçı-terrorçu erməni rejiminə 2 milyon dollar ayırdı...

ABŞ Senatının maliyyə komitəsi keçmiş Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün 2 milyon dollar ayrıldığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu haqda Ermənistan teleqram-kanalları məlumat yayıb.

Xatırladaq ki, hələ 2021-ci il iyunun sonunda ABŞ Senatının 30-dan çox üzvü keçmiş Dağlıq Qarabağda bir sıra mina təmizlənməsi layihələri üçün qeyd eidlən məbləğdə maliyyə ayrılmasını istəmişdi.

Senatorlar Əfqanıstan, Laos, Şri Lanka, Angola, Zimbabveyə də eyni məqsədlə yardım göstərilməsini xahiş etmişdi.

2020-ci il noyabrın 17-də ABŞ “Dağlıq Qarabağ münaqişəsində zərər çəkən əhaliyə yardım” məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) 5 milyon dollar ayırmışdı./Moderator.az

Mənbə: yenisabah.az