"Taliban hökumətinə Əfqanıstanın özündə legitimlik lazımdır" - Həmid Karzay

Dünya birliyinin Əfqanıstanın yeni hökumətini tanıması üçün ona öz ölkəsinin içində tanınmaq vacibdir.

Bu barədə sabiq əfqan Prezident (2001-2014) Həmid Karzay «Amerikanın Səsi» radiostansiyasına müsahibəsində bəyan edib.

«Öz ölkəsində legitimlik bunun üçün və istənilən digər hökumət üçün başqa dövlətlər və beynəlxalq birlik tərəfindən tanınmaq şərtdir - o, qeyd edib - Ölkə daxilində legitimliyin təmin olunması əlbəttə, ya seçkilərdən, ya da Əfqanıstanda olduğu kimi, xüsusilə cari şəraitdən, əfqan xalqının iradəsinin ifadə olunmasından (Loya cigiri - Ümuməfqan Ağsaqqalar Şurasının iradəsi), konstitusiyanın tətbiqindən və s. asılıdır».

Karzay həm də qeyd edib ki, Pakistanın davam edən əfqandaxili işlərə qarışması, buna ümid etmək ki, Pakistan Əfqanıstanla beynəlxalq münasibətlər prinsipi əsasında əlaqə saxlayacaq, yolverilməzdir.

«Mənim Pakistana, bizim qardaş ölkəyə ismarışım ondan ibarətdir ki, o, Əfqanıstanı təmsi etməli deyil».

O, təhdid törədən «İslam dövləti» terrorçu qruplaşmaya işarə edərək, əfqan xalqının həyat və rifahını önə çəkərək bəyan edib ki, Əfqanıstanda İD ilə mübarizədə qonşu ölkələrin dəstəyinə ümid edir.

Xəbər verildiyi kimi, oktyabrın 20-də Moskvada Əfqanıstan üzrə məsləhətləmələr baş tutacaq. «Taliban» hökumətini bu görüşdə müvəqqəti hökumətin sədr müavini Əbdül Salam Hənəfi təmsil edəcək.

Əfqanıstanda Mühəmməd Zahir Şahın dövründəki konstitusiya fəaliyyət göstərəcək. Bu sənəd 57 il əvvəl ratifikasiya olunub. Köhnə konstitusiya elə tətbiq olunacaq ki, şəriət qanunları və «Əfqanıstan İslam Əmirliyinin» prinsiləri pozulmasın. O, həm də Əfqanıstanda ilk dəfə Həmid Karzayın idarəçiliyinin ilk illərində tətbiq olunub.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Ərdoğandan bu 3 ölkəyə jest

SONRAKI XƏBƏR

“Çətin qərarlar verərkən hamamda ağlayıram”