Zelenski Ukraynanın müdafiə və təhlükəsizlik üzrə əsas tərəfdaşının adını açıqlayıb

“Rəsmi Vaşinqton Kiyevin əsas müdafiə və təhlükəsizlik tərəfdaşıdır”.

“Report” Ukraynanın Prezident Aparatının rəsmi saytına istinadən xəbər verir ki, bunu ölkənin lideri Volodimir Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə Kiyevdə keçirdiyi görüşdə deyib.

"ABŞ Ukraynanın əsas təhlükəsizlik və müdafiə tərəfdaşı olaraq qalır", - Zelenski vurğulayıb.

Məlumata görə, Zelenski və Ostin bu sahədə gələcək ikitərəfli əməkdaşlığı da müzakirə ediblər.

"Ukrayna Prezidentinin Vaşinqtona səfəri zamanı dövlətimizə 60 milyon ABŞ dolları məbləğində əlavə təhlükəsizlik yardımı göstərilməsi ilə bağlı verilən qərarın icrasının sürəti qeyd olunub”, - xəbərdə vurğulanır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Peyvənd vurduranlar 10 mənzil sahibi ola biləcəklər

SONRAKI XƏBƏR

Bu dili öyrənmək çox asandır