Dünyanın ən çox qazanan liderləri kimlərdir?

Dünyanın ən çox qazanan liderləri kimlərdir?

Dünya liderlərinin aldıqları maaş mövzusu davamlı olaraq gündəmə gəlir.

"Qafqazinfo"nun məlumatına görə, hər il nüfuzlu nəşrlər tərəfindən dünya liderlərinin gəlirləri ilə bağlı siyahılar hazırlanır.

Dünyanın ən çox qazanan liderləri kimlərdir?

Li Syan Lu- Sinqapurun Baş naziri

1952-ci il təvəllüdlü Linin atası da baş nazir olub. 1984-cü ildən siyasətə qoşulan Li Syan Lu 2004-cü ildən Sinqapurun Baş naziridir və ən yüksək maaş alan dünya lideri hesab olunur (ayda 136 min dollar)

Karri Lam - Hong Kongun icraçı direktoru

1957-ci il təvəllüdlü Lam 2017-ci ildən Honq Konqun İcraçı Direktorudur. 2019-cu ilin etiraz aksiyalarında onun istefası tələb edilmişdi. Aylıq maaşı 47 min dollardır.

Gi Parmelin – İsveçrənin Prezidenti

Bu il prezident seçilən Parmelin 62 yaşındadır. Eyni zamanda müdafiə naziri olan Parmelinin maaşı ayda 40 min dollardır.

Co Bayden – ABŞ Prezidenti

ABŞ-ın ən yaşlı prezidenti olan Co Baydenin aylıq maaşı 33 min dollardır.

Skot Morison – Avstraliyanın Baş naziri

2018-ci ildən Baş nazir vəzifəsini icra edən Morison Avstraliyada baş vermiş yanğınlar səbəbindən qınağa məruz qalmışdı. Onun aylıq maaşı 31 min dollardır.

Angela Merkel - Almaniya kansleri

16 ildir kansler vəzifəsini icra edən Merkel bu il səlahiyyətlərinə son qoyacaq. Onun aylıq maaşı 30 min dollardır.

Casinda Ardern - Yeni Zelandiyanın Baş naziri

Ən gənc dövlət lideri olan Ardernin 40 yaşı var. 4 ildir Yeni Zelandiyanın Baş naziri vəzifəsini icra edən Ardern sosial şəbəkələrin də sevilən simasıdır. Onun aylıq maaşı 28 min dollardır.

Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani – Mavritaniya Prezidenti

2019-cu ildən Mavritaniya prezidenti olan Ğəzvaninin aylıq maaşı 27 min dollardır.

Siril Ramafosa – CAR Prezidenti

2018-ci ildən ölkəni idarə edən Ramafosa 69 yaşındadır. Aylıq gəliri 22 min dollardır.

Castin Trüdo – Kanadanın Baş naziri

Sərbəst davranışları və sosial mövzulara həssaslığı ilə tanınan Trüdonun dekabrda 50 yaşı olacaq. O, ayda 22 min dollar maaş alır.

Mənbə: qafqazinfo.az