Rusiya hərəkətə KEÇDİ: SSRİ xalqlarına qarşı soyqırım törədən Alman əsgərlərinə cinayət işi açılacaq

Rusiya hərəkətə KEÇDİ: SSRİ xalqlarına qarşı soyqırım törədən Alman əsgərlərinə cinayət işi açılacaq

Rusiya Baş Prokurorluğunun rəsmi nümayəndəsi Andrey İvanov bildirib ki, nasist Almaniyasının keçmiş hərbçilərinin Böyük Vətən Müharibəsi illərində Sovet İttifaqı xalqlarının soyqırımında iştirakına görə yoxlanılacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İvanov, “cinayətlərin törədilməsində iştirakına görə, Nasist Almaniyasının başqa ölkələrdə yaşayan keçmiş hərbçiləri yoxlanılır” – deyə əlavə edib.

 

İvanovun sözlərinə görə, federal, regional və yerli arxivlərdə “dinc sovet əhalisini qəsdən məhv etmək” haqda məlumatlar aşkar edilib. Bundan əlavə cinayətin şahidlərinin ifadələri də qeyd olunub. Baş Prokurorluğun nümayəndəsi əlavə edib ki, bəzi ölkələr istintaq üçün lazım olan məlumatları idarəyə təqdim ediblər.

Qeyd edək ki, Baş prokuror İqor Krasnov daha əvvəl Rusiyanın “Nasizm”, “Faşizm” və “Sovet İttifaqı xalqlarının soyqırımı” anlayışlarını birləşdirmək üçün qanun layihəsi hazırladığını bildirmişdi. Sənəddə “Nürnberq Beynəlxalq Hərbi Tribunalının nizamnaməsini özündə əks etdirən beynəlxalq hüquq prinsiplərinin toxunulmazlığını” tanımağa çağırılır.

2020 -ci ilin yazında İstintaq Komitəsi Böyük Vətən Müharibəsi illərində Finlandiya tərəfindən Kareliyanın mülki əhalisinin qırılması ilə əlaqədar soyqırımla bağlı cinayət işi açıb. Elə həmin ilin avqustunda Kabardino-Balkar, Kalmık və Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikalarında, Krasnodar və Stavropol ərazilərində, Həştərxan, Belqorod, Bryanskda, Velikolukskaya, Voronej, Kalinin, Kaluga, Krım, Kursk Leninqrad, Moskva, Novqorod, Oryol, Pskov, Rostov, Smolensk, Stalinqrad, Tula və Yaroslavl bölgələrində mülki əhalinin və əsirlərin kütləvi şəkildə məhv edilməsi faktları ilə bağlı iş başladılıb.

Müşviq Tofiqoğlu

Mənbə: konkret.az