Erməni kənd başçısı: “Azərbaycanlılar əsla geri çəkilmək niyyətində deyillər”

Erməni kənd başçısı: “Azərbaycanlılar əsla geri çəkilmək niyyətində deyillər”

“Rəqibin mövqelərində hərəkət görürük, maşınlarla böyük sayda odun toplayırlar, yəqin ki, qışa hazırlaşırlar”. Ordu.az xəbər verir ki, bunu Yuxarı Şorca icmasının rəhbəri Artyom Yeranosyan deyib.

Onun sözlərinə görə, azərbaycanlıların buradan uzaqlaşacağını gözləmək absurddur.

“Burada oturmağa və getməyə gəldiklərini düşünürdünüz? Burada qalmağı da planlaşdırıblar, əsla geri çəkilmək niyyətində deyillər”, - deyə Yeranosyan qeyd edib.

 

Mənbə: ordu.az