Sergey Lavrovla "Taliban" nümayəndələri arasında görüş başlayıb

Sergey Lavrovla "Taliban" nümayəndələri arasında görüş başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada səfərdə olan “Taliban” hökumətinin nümayəndələri arasında görüş başlayıb.

“Report” TASS-a istinadən bildirir ki, görüş hazırda “Prezident” otelində, bağlı qapılar arxasında davam edir.

İkitərəfli müzakirələr yekunlaşandan sonra danışıqların Əfqanıstan üzrə Moskva formatı (regionun on ölkəsi) çərçivəsində davam etdiriləcəyi gözlənilir.

Mənbə: report.az