Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olunub

“Dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib”.

“Report”un xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

YAP sədrinin müavini qeyd edib ki, onu da həmin tədbirdə iştirak etməyə dəvət ediblər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sevgilisinə 2.6 milyonluq çanta aldı - FOTO

SONRAKI XƏBƏR

Astarada yağış və qrunt suları evlərə dolub - VİDEO