Ermənistan bu sahədə regionda liderdir

Ermənistan bu sahədə regionda liderdir

Ermənistan koronovirusdan ölüm faktına görə regionda liderdir.

Axar.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında İrəvan Dövlət Tibb Universitetinin Epidemologiya kafedrasının dosenti Ter-Stepanyan deyib.

Onun sözlərinə görə, bunun səbəbi ölkədə delta variantının geniş yayılmasıdır:

“Kifayət qədər ağır vəziyyət hamilə qadınlarla bağlıdır. Virusa yoluxan hamilə qadınların sayı çoxdur. May ayına qədər hamilə qadınlar risk qrupuna daxil deyildilər. Ancaq delta ştammının yayılması ilə vəziyyət dəyişdi”.

Digər epidemioloq Arman Badalyan isə yoluxma sayının sürətlə artmasının və xəstəxanaların yüklənməsinin təhlükəli olduğunu bildirib.

Qeyd edək ki, son sutkada Ermənistanda yoluxma sayı 2 mini keçib.

 

Mənbə: axar.az