Şirinyandan Moskvaya tərif: "Ruslar, ruslar, ancaq ruslar!"

Tanınmış erməni ictimai fəal, Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi polkovniki Sayat Şirinyan ermənilər üçün Rusiya amilinin önəmindən danışıb. AzVision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Şirinyan deyib ki, Moskva İrəvan üçün çox iş görür.

- Erməni məhbuslar ancaq rusların vasitəçiliyi ilə geri qayıdırlar. Ruslar onları müşayiət edir. İrəvanda məhbusları yalnız ruslar salamlayaraq qarşılayır. Qarabağdakı erməni əhalinin təhlükəsizlik, sosial və humanitar problemləri ruslar tərəfindən həll olunur. Ruslar, ruslar, ancaq ruslar...
Artıq hakimiyyətimiz Ermənistanda faktor sayılmır. Yuxarıda sadalanan məsələlərlə bağlı hətta regionda belə hər hansı rolumuz yoxdur.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Tələbələri arasında koronavirus aşkarlanan universitetlər - SİYAHI

SONRAKI XƏBƏR

Erməni ictimai xadim: “Qarabağda türklər əsgərlərimizi sıxışdırırlar, girov saxlayırlar”