Erməni ictimai xadim: “Qarabağda türklər əsgərlərimizi sıxışdırırlar, girov saxlayırlar”

Erməni ictimai xadim: “Qarabağda türklər əsgərlərimizi sıxışdırırlar, girov saxlayırlar”

“İndi isə Köçəryanlar tayfasının qeyri-sıravi bir Moskva nümayəndəsinin bu gün nə dediyini oxuyun. “Azərbaycan Prezidenti İlham Əliyev onun sayəsində tarixə düşüb ki, atasının işini davam etdirərək Qarabağ problemini həll etdi” - Rusiya Dövlət Dumasının xarici işlər komissiyasının sədri Leonid Slutski”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan yazıb.

Danielyan qeyd edib ki, Rusiyanın qanunverici orqanının xarici işlər komissiyasının rəhbəri olan Slutski bunu şeyxülislam Allahşükür Paşazadə ilə görüş zamanı deyib.

“Və sizə deyim ki, Slutskinin iddiası əsassız deyil. Qarabağda türklər əsgərlərimizi ağır artilleriya ilə sıxışdırırlar, girov saxlayırlar, çörəkdən və sudan məhrum edirlər, bu barədə sızıntıları isə ilk növbədə “müxalifət” adlanan inkar edir”, - deyə o bildirib.
 

 

Mənbə: ordu.az