Putin BMT-nin İqlim Konfransında iştirak etməyəcək

Putin BMT-nin İqlim Konfransında iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Qlazqoda keçiriləcək BMT-nin İqlim Konfransında iştirak etməyəcək.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peksov jurnalistlərə açıqlamasında deyib.

"Bəli, təəssüf ki, o, Qlazqoya uçmayacaq", - deyə Peskov bildirib.

Konfransda Rusiya tərəfinin iştirak edəcəyini deyə. D. Peskovun sözlərinə görə, hazırda təşkilatçılarla əlaqə saxlanılaraq bu iştirakın parametləri müzakirə olunur.

"Bilirsiniz ki, Qlazqoda müzakirə olunacaq məsələlər xarici siyasətimizin ən vacib prioritetlərindən biridir ", -deyə D. Peskov əlavə edib.

Mənbə: news.day.az