Putinin bu qərarı gündəm oldu - Moskva niyə bu addımı atdı?

Putinin bu qərarı gündəm oldu - Moskva niyə bu addımı atdı?

Rusiya Prezidenti Vladimir Putin 31 oktyabr-12 noyabr tarixində Şotlandiyanın Qlozqoda şəhərində keçiriləcək COP26 İqlim Zirvəsinə qatılmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Kreml açıqlayıb.

Prezident Putinin iqlim zirvəsinə qatılmayacağının səbəbi açıqlanmasa da, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iqlim dəyişikliyi Rusiyanın önəmli məsələlərindən biridir.

Kremlin bu qərarı ölkə liderlərinin qlobal istiləşmə ilə bağlı danışıqlarına zərbə kimi qiymətləndirilir.

İngiltərə baş nazirinin sözçüsü Vladimir Putinin qərarı ilə bağlı deyib ki, Boris Conson iqlim dəyişikliyi ilə mübarizədə kritik əhəmiyyətə malik olduğu üçün liderləri zirvədə iştiraka təşviq edir.

İngiltərə hökumətinin sözçüsü əlavə edib ki, 120-dən çox ölkə lideri zirvə toplantısına qatılacaq.

Bundan əvvəl zirvədə iştirak etməsinin mümkün olduğunu söyləyən Putin son qərarına dair heç bir açıqlama verməyib.

Mənbə: teleqraf.com