Laçın dəhlizindəki 1 nömrəli nəzarət-buraxılış postundan SON GÖRÜNTÜLƏR - VİDEO

Laçın dəhlizindəki 1 nömrəli nəzarət-buraxılış postundan SON GÖRÜNTÜLƏR - VİDEO

Müvəqqəti olaraq Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bir hissəsində yerləşdirilmiş rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin Laçın rayonunun Zabux kəndi yaxınlığındakı 1 nömrəli müşahidə və nəzarət-buraxılış postundan son video-görüntülər yayılıb.

Metbuat.az Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qeyd olunur ki, sülhməramlılar son bir həftə ərzində 200-dən çox nəqliyyat vasitəsinin və 1000 nəfərin Laçın dəhlizindən Dağlıq Qarabağa və geriyə təhlükəsiz hərəkətini təmin ediblər. Bütün postlar müasir xarici video-müşahidə kameraları, müasir projektorlar və fasiləsiz enerji təchizatı ilə təmin olunub.

Mənbə: metbuat.az