Zəngəzur dəhlizi: Əgər Türkiyə qarışsa... – Ohanesyan

Zəngəzur dəhlizi: Əgər Türkiyə qarışsa... – Ohanesyan

Rusiya Ermənistan tərəfinə və ümumiyyətlə, bütün ölkələrə sübut eləməyə çalışır ki, əslində inkişaf etməkdə olan və güclü Azərbaycan regionda zəif Ermənistandan daha yaxşı tərəfdaş ola bilər.

Axar.az xəbər verir ki, bu fikirləri erməni hərbi ekspert Karen Ohanesyan “İcmal” verilişinin efirində səsləndirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın antitürk siyasətinin yalan təbliğat olduğunu hamıya göstərməyə çalışır. Moskva bütün mümkün yollarla sübut edir ki, alternativ var:

“Bu gün Kreml üçün vacibdir ki, Zəngəzur dəhlizi tez bir zamanda açılsın. Bu, artıq imic məsələsidir. Rusiyada anlayırlar ki, əgər bu, bir az da uzansa, işə Türkiyə qarışacaq. Ankara Ermənistanın nazı ilə oynamayacaq, dərhal hərbi güc yoluna əl atacaq. Ermənistanın müqavimət göstərmək şansı isə olmayacaq. Odur ki, indi Rusiya Cənubi Qafqazda öz imicini qorumalıdır. Moskva Zəngəzur dəhlizinin açılmasına nail olmalıdır. Bu, prioritetdir”.

Hərbi ekspert mayın 12-dən Zəngəzurda yerləşən Azərbaycan qoşunlarının qüdrətini də qeyd etməyin vacibliyini vurğulayıb.

“Onlar yaxşı yerləşdiriliblər, hərbi istehkamları və yollarını yaxşı qurublar. Bu ərazilər tam olaraq Bakının nəzarətinə keçib”, - Ohanesyan bildirib.

Mənbə: axar.az