Müharibəyə 80 yaşımdan sonra başlayın - Jirinovski

Müharibəyə 80 yaşımdan sonra başlayın - Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski NATO ölkələri ilə Ukrayna arasında birgə təlimlərin “gerçək müharibə”yə hazırlaşmaqdan başqa bir şey olmadığını deyib.

Axar.az xəbər verir ki, o, qoşunların tədricən Rusiya sərhədinə köçürüləcəyi təqdirdə 2027-ci ildə genişmiqyaslı qarşıdurmanın başlaya biləcəyini bildirib.

Jirinovski qlobal münaqişənin başlanğıcı olaraq niyə bu tarixi seçdiyini açıqlayıb:

“Səksən yaşımı səssizcə qeyd etmək istəyirəm. Zəhmət olmasa, səksən beş yaşımdan əvvəl başlayın”.

Qeyd edək ki, Jirinovski 1946-cı il təvəllüdlüdür.

 

Mənbə: axar.az