Ərdoğan Azərbaycana səfər proqramını AÇIQLADI

Ərdoğan Azərbaycana səfər proqramını AÇIQLADI

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”.

“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Bu mövzu ilə bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağıq”, - deyə Ərdoğan əlavə edib.

Mənbə: qafqazinfo.az