“Kapitulyantın gündəmləri sadədən də sadədir” - Zakaryan

“Kapitulyantın gündəmləri sadədən də sadədir” - Zakaryan

“Kapitulyantın gündəmləri sadədən də sadədir”.
Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan yazıb.

Zakaryan Paşinyanın gündəmlərini sadalayaraq qeyd edib: “Cəmiyyətin sosial cəhətdən həssas təbəqələri arasında pul, yalançı sülhsevərlik, eləcə də azərbaycanlılarla açıq yollar illüziyası və boş gözləntilər yaratmaq. Əlbəttə, kapitulyantlar guya “gələcək var” deyirlər, lakin bunun hansı gələcək olduğunu demirlər. Bəs Ermənistanın gələcəyi konkret olaraq necədir? Yəni kapitulyantın məhvlərindən sonra Ermənistanı idarə etməyə hazır olanlar hansı Ermənistanı təsəvvür edirlər? Ermənistan Cənubi Qafqazda, daha geniş bölgədə və ümumiyyətlə, daha geniş beynəlxalq ictimaiyyətdə hansı yeri tutacaq?”.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az