"Zəngəzur dəhlizi ilə bağlı qərarımız dəyişməzdir" - Ərdoğan

"Zəngəzur dəhlizi ilə bağlı qərarımız dəyişməzdir" -  Ərdoğan

"Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarımız dəyişməz olaraq qalır". AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə deyib.

"Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarımız dəyişməz olaraq qalır. Yeri gəlmişkən, Azərbaycana minaaxtaran maşınlar verdik və verməkdə davam edirik. Onlar da çox yüksək qiymətləndirilir. Bu maşınlar mina təmizləmə işində çox uğurludur. Həmçinin, hərəsinə iki ədəd olmaqla Toqo və Burkina Fasoya da bu maşınlardan verdik. Onlar da çox razı qaldılar", - Ərdoğan vurğulayıb.

Pərvanə Sultanova
 

Mənbə: azvision.az