"Belə şəraitdə heç it də yaşamaz!" - "Qolos Armenii" - FOTO

"Belə şəraitdə heç it də yaşamaz!" - "Qolos Armenii" - FOTO

“Belə şəraitdə heç it də yaşamaz!”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın aparıcı nəşrlərindən biri sayılan “Qolos Armenii” qəzeti erməni ordusunun acınacaqlı vəziyyəti barədə yazıb. Qəzet Ermənistan ordusunda sosial böhrandan, sərhədlərin təhlükəsizliyinin acınacaqlı vəziyyətindən geniş material dərc edib.

Azərbaycanla sərhəddəki erməni postlarında hərbçilərin çətin şəraitdə xidmət etdiklərindən bəhs edən qəzet, “Burada heç it də yaşamaz!” sərlövhəli yazı da dərc edib. Ordunun acınacaqlı vəziyyətində hakimiyyəti günahlandıran nəşr, orduya olan bu etinasızlığı yaxın zamanlarda Verin Şorjanın, Qara Gölün yaxınlığındakı İşxanasar və Uxtasar zirvələrinin, eləcə də Gorus-Qafan yolunun tamamilə Azərbaycana verillməsi ilə əlaqələndirir.

Erməni ordusunun qışa hazırlığının, təchizatının ən aşağı, Azərbaycan ordusunun isə çox yüksək səviyyədə olduğunu yazan qəzet hökumətin xalqı növbəti dəfə aldatdığını bildirib.

“Əsgərlər üçün vəd edilmiş “çiyələk cənnəti” haradadır?” başlıqlı məqalədə nəşr Paşinyan hökumətinin ordunu məhv etdiyini yazıb.

Xuraman Etibarlı

Mənbə: konkret.az