Ermənistanı "ruslaşdırmaq" planı təxirə salındı - Rus məktəbləri açmaq planlaşdırılmır

Hökumət hələ Ermənistanda rus məktəbləri açmağı planlaşdırmır.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu təhsil naziri Vahram Dumanyan bildirib. Dumanyan bildirib ki, hökumət bu məsələni müzakirə etmir, amma Ermənistan rus dilinin populyarlaşmasında maraqlıdır. Bunun üçün şöbə Rusiyadan gələn mütəxəssislərdən ibarət bir işçi qrupu yaratmaq istəyir.

Rus dilinin Ermənistanda rəsmi statusu yoxdur, lakin ümumi təhsil məktəblərində əsas və məcburi fənlərdən biridir.

Qeyd olunur ki, Azərbaycanda rəsmi məlumatlara görə, rus dilində tədris olunan 350-yə yaxın məktəb var və onlarda 120 mindən çox uşaq təhsil alır.

Üstəlik, son beş ildə tələbə sayı 50% artmışdır.

Xuraman Etibarlı

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Kamança ustadının arzusu reallaşdı - VİDEO

SONRAKI XƏBƏR

Vüsalə Əlizadədən ÜZÜCÜ XƏBƏR