“Ölkənin ərazi bütövlüyünü qoruya biləcək güclü ordumuz yoxdur” - Sarkisyan

“ABŞ-ın Cənubi Qafqazda faktiki olaraq heç bir iştirakı yoxdur, lakin bunu Gürcüstan vasitəsilə təmin etməyə çalışır. Müdafiə sahəsindən olan səlahiyyətlilər Tbilisidə ən yüksək səviyyədə görüş keçirdilər, əslində bununla Gürcüstan ABŞ-ın bölgədəki ikinci strateji tərəfdaşına çevrilir”. Ordu.az xəbər verir ki, bu barədə Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq ekspert Suren Sarkisyan bu yaxınlarda ABŞ və Gürcüstan arasında müdafiə sahəsində imzalanan əməkdaşlıq müqaviləsini şərh edərkən bildirib.

O qeyd edib ki, xarici qüvvələr bölgəyə əvvəlkindən daha çox cəlb olunub və bu, narahatlıq doğurur.

“Eyni ssenari Suriyada da baş verdi, orada müxtəlif xarici qüvvələr fəal iştirak edirdi. Ermənistanla Suriya arasındakı yeganə fərq, vətəndaş müharibəsinin olmamasıdır. Bu çox təhlükəli bir tendensiyadır, ölkənin ərazi bütövlüyünü qoruya biləcək güclü ordumuz yoxdur, çətin vəziyyətdəyik.

ABŞ buradan ayrılmayacaq, yumşaq gücdən istifadə edərək Rusiya, Türkiyə və İran təsirləri ilə rəqabət apararaq müxtəlif yollarla öz maraqlarına xidmət edəcək. Düşünürəm ki, ABŞ fiziki varlığı olmasa belə statusunu qoruyacaq”, - deyə o qeyd edib.

Regional 3 + 3 formatının yaradılmasının mümkünlüyünə və orada ABŞ -ın təmsilçiliyinə toxunan Sarkisyan qeyd edib ki, əvvəlcə 3 + 3-ün və 3 + 4 -ün nə olduğunu başa düşmək lazımdır, çünki bunlar fərqli formatları nəzərdə tutur .

Alpər Mövludoğlu 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Milyarder Vahid Ələkbərov Bakıdadır - FOTO

SONRAKI XƏBƏR

Baş Prokurorluqdan Nərmin Quliyevanın qətli ilə bağlı AÇIQLAMA