“Türkiyə ilə ortaq əməkdaşlıqda parlaq üfüqlərin şahidi olacağıq“ - Nazir

“Türkiyə ilə ortaq əməkdaşlıqda parlaq üfüqlərin şahidi olacağıq“ - Nazir

"İran və Türkiyə ikitərəfli əlaqələri bütün sahələrdə inkişaf etdirmək və gücləndirmək istəyir".

Yenisabah.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi türkiyəli vəzifədaşı Süleyman Soylu ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.

Görüş zamanı tərəflər iki ölkənin terrorizm, beynəlxalq cinayətkarlıqla mübarizə, qanunsuz silah alveri ilə mübarizə, sərhədlərarası mübadilənin gücləndirilməsi, sərhəd fəaliyyətinin inkişafı və bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi sahəsində ümumi maraqlarını müzakirə ediblər.

Əhməd Vəhidinin sözlərinə görə, ABŞ və sionist rejimin (İsrail - red.) dağıdıcı rolu və bölgə sakinləri üçün yaratdığı problemlər də daxil olmaqla, daha ümumi mövzular müzakirə olunub.

İran və Türkiyə daxili işlər nazirləri, həmçinin ABŞ və İsrailin Əfqanıstan üçün yaratdığı problemlər, eləcə də “bölgədə qurduqları sui-qəsdlər” barədə fikir mübadiləsi aparıblar.

Əhməd Vəhidi iki ölkənin strateji inkişafla bağlı qərarlı olduqlarını da vurğulayarıb:

"Bütün sahələrdə ortaq əməkdaşlıqda parlaq üfüqlərin şahidi olacağıq".

Tərəflər terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər.

Türkiyə DİN rəhbəri Süleyman Soylu bildirib:

"Terror qrupları ilə mübarizədə ortaq bir proqramımız və əməkdaşlığımız var. İran Daxili İşlər nazirinin Əfqanıstanla bağlı xüsusi bir işçi qrupu yaratmaq təklifini nəzərdən keçirəcəyik. Sərhəd təhlükəsizliyi İran və Türkiyə arasındakı ən əhəmiyyətli problemlərdən biridir".

Mənbə: yenisabah.az