Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək

Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək

Oktyabrın 22 -də Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qrifetsonla danışıqlar aparacaq. Tərəflər Qarabağdakı vəziyyəti də müzakirə edəcəklər. AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"BMT xətti ilə Suriya, Əfqanıstan, Efiopiya, Ukraynaya humanitar yardımın göstərilməsi, eləcə də Qarabağdakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır", - Zaxarova əlavə edib.

Pərvanə Sultanova


Mənbə: azvision.az