Saakaşvili müalicə müəssisəsinə köçürülə bilər

Saakaşvili müalicə müəssisəsinə köçürülə bilər

Ədliyyə naziri Rati Breqadze Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin vəkili Beka Basilaianın mətbuata verdiyi açıqlamanı şərh edib.

Yenisabah.az bildirir ki, bu barədə GHN xəbər yayıb.

Onun sözlərinə görə, zərurət yaranarsa, Saakaşvilinin 18 saylı tibb müəssisəsinə (penitensiar xidmətin tibb mərkəzi) köçürüləcək. Müxalifət bunu “qisas” kimi hesab etsə də, belə deyil:

“Dəfələrlə bildirmişik ki, əsas prioritetimiz və məqsədimiz məhbusların hüquqlarını qorumaq və sağlamlıqlarını sabit saxlamaqdır. Bu hər hansı bir dırnaqrası qisas deyil və təbii ki, heç kim bu haqda ciddi şəkildə şərh verə bilməz”.

Nazirin sözlərinə görə, qeyri-rəsmi məlumat mübadiləsi platforması yaradılıb və bu platformaya Xalq Müdafiəçisi, parlamentin iki komitəsinin sədrləri, eləcə də xüsusi həkimlər qrupu daxildir. Onların Saakaşvilinin səhhəti ilə əlaqədar olan tövsiyələrinin əksəriyyəti yerinə yetirilib.

Qeyd edək ki, Mixeil Saakaşvilinin vəkili, onun penitensiar xidmətin tibb müəssiəsinə köçürülməsinə icazə verilməyəcəyini açıqlamışdı.

 

Mənbə: yenisabah.az