Rusiyadan AÇIQLAMA: Azərbaycan və İran gərginliyi...

Rusiyadan AÇIQLAMA: Azərbaycan və İran gərginliyi...

Rusiya Azərbaycan-İran sərhədindəki gərginliyin siyasi və diplomatik yollarla azaltmağın tərəfdarıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Azərbaycan və İran arasındakı sərhəddəki gərginliyin azaldılmasının tərəfdarıyıq. Əminik ki, iki yaxın dövlətin arasındakı bütün problemlər yalnız siyasi-diplomatik yolla həll edilməlidir. Mehriban qonşuluq münasibətləri fonunda məhz bu yolla fikir ayrılıqları aradan qaldırıla bilər”, - XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, Moskva Cənubi Qafqazda iqtisadi və nəqliyyat yolların açılması üçün səy göstərir.

Mənbə: axar.az