Hindistan ordusuna Fransa istehsalı “Rafale” qırıcıları təhvil verilib

Hindistan ordusuna Fransa istehsalı “Rafale” qırıcıları təhvil verilib

Hindistan Hərbi Hava Qüvvələri daha bir Fransa istehsalı “Rafale” qırıcıları təhvil verilib. Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcılar 8 min kilometrdən çox məsafə qət edərək Fransanın Bordo-Meriqnak aviabazasından fasiləsiz uçuşla gəlib. Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinin A-330 MRTT yanacaqdoldurma təyyarəsi marşrutun müəyyən bir hissəsində döyüş təyyarələrinə havada yanacaq doldurub.

Son partiyada nə qədər təyyarə gəldiyi göstərilmir. Ümumilikdə sifariş edilən 36 qırıcdan 29-u Hindistana təhvil verilib. Qalanları bu ilin dekabr ayının əvvəlində və gələn ilin yanvar ayının sonunda iki partiyada gələcəklər.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az