Bakıda “Avropa İttifaqı Azərbaycan üçün” foto-sərgisi başa çatıb

Bakıda “Avropa İttifaqı Azərbaycan üçün” foto-sərgisi başa çatıb

Bakı bulvarında təşkil olunmuş “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgisinin bağlanış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və bir sıra üzv ölkələrin səfirləri iştirak edib.

“Bu sərgi Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın nə qədər rəngarəng olduğunu ortaya qoyur. Bütün bu fəaliyyətlər Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti ilə səmərəli tərəfdaşlığımızın bəhrəsidir”, - P.Mixalko qeyd edib.

Diplomat bildirib ki, sərgidəki fotolarda əks olunan layihələrin icrası zamanı ölkənin 10 şəhər və bölgəsini təmsil edən 50-dən artıq qrup üçün sahibkarlıq və maliyyə savadının əsaslarına dair təlimlər, habelə əhalinin həssas təbəqələrindən olan 6 700 nəfərə hüquqi yardımlar göstərilib.

P.Mixalko sonda “Young European Ambassador” (Avropanın gənc səfiri) layihəsinin iştirakçıları ilə də söhbət aparıb.

Mənbə: report.az