Lukaşenkonun başı dərddə: Avropa İttifaqı yeni sanksiyalar hazırlayır

Lukaşenkonun başı dərddə: Avropa İttifaqı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) Belarusa qarşı yeni sanksiyaların tətbiq olunmasını müzakirə edəcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri Angela Merkel danışıb.

Onun sözlərinə görə, bu məsələ Aİ liderlərinin oktyabrın 22-də keçiriləcək görüşündə müzakirəyə çıxarılacaq.

Kansler bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun “hibrid cəhdləri” nəticəsində Polşa, Litva və hətta Almaniyada miqrasiya problemi xeyli kəskinləşib:

“Biz diqqəti dövlətin iştirakı ilə baş tutan insan alverini pislədiyimizi dəqiq göstərmək üçün iqtisadi xarakterli hansı sanksiyaları müzakirə edəcəyimizə baxacağıq”.

Mənbə: yenicag.az