Rusiya və Çin hərbi blok yaratmır - Putin

Rusiya və Çin hərbi blok yaratmır - Putin

Rusiya və Çin hərbi blok yaratmır, bununla bağlı ehtiyat əsassızdır.

Day.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə "Valday" beynəlxalq klubu çərçivəsində sualları cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

V.Putin bildirib: "Biz bu barədə dəfələrlə danışmışıq - biz Çinlə kiməsə qarşı deyil, bir-birimizin maraqlarına uyğun olaraq dostluq edirik".

Rusiya Prezidenti qeyd edib ki, onlar NATO və NATO ölkələrindən fərqli olaraq heç bir qapalı hərbi blok yaratmır: "Rusiya-Çin hərbi bloku yoxdur və hazırda onun yaradılması üçün bir məqsəd yoxdur. Ona görə də bununla bağlı söhbətin heç bir əsası yoxdur".

Mənbə: news.day.az