Putin: İndi bir ölkə müharibədə qalib olsa da...

Putin: İndi bir ölkə müharibədə qalib olsa da...

İndi bir ölkənin digər ölkə üzərində qalibiyyətindən sonra da müharibə dayanmır, sadəcə formasını dəyişir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, müharibədə şərti qalib dünya üçün təhlükəli olan vakkumu dərinləşdirir:

“Əvvəllər müharibə bir ölkənin uduzduğu, digərinin qələbəsi demək idi. Qalib baş verənlərə görə məsuliyyəti öz üzərinə götürürdü. Məsələn, ABŞ-ın Vyetnam müharibəsində məğlubiyyəti bu ölkənin qara dəliyə çevrilməsi ilə nəticələnmədi. Əksinə, orada güclü dəstək sayəsində inkişaf edən bir ölkə yarandı. Artıq hər şey fərqlidir. Kimin üstünlüyü ələ keçirməsindən asılı olmayaraq, müharibə dayanmır, sadəcə forma dəyişir. Şərti qalib sadəcə xaosu dərinləşdirir”.

Mənbə: axar.az