Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

İŞİD terror qruplaşmasının onlarla tərəfdarı Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində radikal “Taliban” hərəkatının yaratdığı yerli hakimiyyət orqanlarına təslim olub.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.

Əyalətin kəşfiyyat xidmətlərinin nümayəndələrinə görə, İŞİD-in 50 yaraqlısı Nanqarharda hökumət qüvvələrinə təslim olub. Bunun yerli tayfa liderlərinin vasitəçilik etməsi sayəsində mümkün olduğu qeyd edilir.

Mənbə: pia.az