Riçardas Lapaitis: “Erməni millətçiləri ölülərə qarşı da vuruşurlar”

Riçardas Lapaitis: “Erməni millətçiləri ölülərə qarşı da vuruşurlar”

Litvalı hərbi jurnalist Riçardas Lapaitis Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib.

O, bu barədə "Facebook” səhifəsində yazıb.

"Hər dəfə iimkan tapan kimi bura gəlirəm. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov burada - vəhşicəsinə dağıdılmış Ağdam qəbiristanlığında dəfn olunub. Yazın əvvəllərində burada oldum. Yayda yenə gəldim.

1993-cü ildə, Ağdamın işğalından bir neçə gün əvvəl də burada idim. Onda qəbiristanlıq hələ dağıdılmamışdı. Xəyalən buralara daha tez-tez qayıdıram... Belə çıxır ki, erməni millətçiləri ölülərə qarşı da vuruşurlar!

Vaxt uçur. Yalnız tənha kolun rəngi dəyişir. Amma qəlbimizdəki ağrı eyni qalır. Allahverdinin qardaşı, məşhur səhra komandiri Eldar Bağırov da burada dəfn edilib. Allahverdi bütün azərbaycanlıların yaddaşında əbədi yaşayacaq. O, yüzlərlə insanın həyatını xilas edib, Xocalıdan sonra yaralıları və ölüləri şəxsən ərazidən çıxarıb. Əsir götürülmüş Xocalı sakinlərini xilas etmək üçün Vitali Balasanyanla danışıqlar aparıb...” , - deyə hərbi jurnalist bildirib.

O, milli qəhrəmanla birgə iştirak etdiyi döyüşləri həyatının ən çətin səhifələri adlandırıb.

Mənbə: qaynarinfo.az