Növbəti dünya müharibəsinin tarixi: Çin və Hindistan... - MKİ-nin hesabatı

Növbəti dünya müharibəsinin tarixi: Çin və Hindistan... - MKİ-nin hesabatı

Qarşıdakı onilliklərdə planetdəki iqlim dəyişikliyi qlobal hərbi münaqişəyə səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə xəbərdarlıq Mərkəzi Kəşfiyyat İdarəsinin hesabında yer alıb.

Hesabata görə, iqlim dəyişikliyinin artan fiziki nəticələri dövlətlərin öz maraqlarını qorumaq üçün addımlar atmasına gətirəcək və sərhədlərdə geosiyasi qaynar nöqtələri daha da gücləndirəcək.

Müəlliflərin fikrincə, 2040-cı ildən gec olmayaraq dünyada “iqlim toqquşmaları” başlayacaq ki, bu zaman tərəflər quraqlıq və daşqın kimi təbii fəlakətləri gücləndirən texnologiyalardan bir-birinə qarşı istifadə edəcəklər. Söhbət ilk növbədə geomühəndislik texnologiyalarından gedir.

Mütəxəssislər qlobal istiləşmənin qarşısını almaq üçün istixana qazı emissiyalarının azaldılmasını ehtiva edən Paris iqlim sazişinin icrası ilə bağlı mübahisələr səbəbindən ölkələr arasında gərginliyin artması barədə də xəbərdarlıq ediblər:

"Əksər ölkələr çətin iqtisadi seçimlə üzləşəcək və çox güman ki, daha sonra emissiyalarını sürətlə azaltmaq üçün texnoloji nailiyyətlərə etibar edəcəklər. Çin və Hindistan temperaturun yüksəlməsi trayektoriyasının müəyyən edilməsində mühüm rol oynayacaqlar".

Mənbə: teleqraf.com