Xameneyi: “İsraillə münasibətləri normallaşdıran ərəb ölkələri “səhvlərini düzəltməlidir””

Xameneyi: “İsraillə münasibətləri normallaşdıran ərəb ölkələri “səhvlərini düzəltməlidir””

İranın dini lideri Ayətullah Əli Xameneyi bildirib ki, keçən il İsraillə münasibətləri normallaşdıran ərəb dövlətləri qərarlarını dəyişməlidir.

"Təəssüf ki, bir neçə dövlət qəddar sionist rejimlə əlaqələr qurmaqla böyük bir səhvə və günaha yol verib. Bu cür hərəkətlər islam birliyinə ziddir. Həmin ölkələr buraxdıqları səhvi düzəltməlidir", – Xameneyi İran televiziyasında yayımlanan çıxışında vurğulayıb. 

Mənbə: pia.az