İranlı millət vəkildən ŞOK ETİRAF: "İranda 40 milyon insan yoxsulluqdan əziyyət çəkir"

İranlı millət vəkildən ŞOK ETİRAF: "İranda 40 milyon insan yoxsulluqdan əziyyət çəkir"

“İranda 40 milyona yaxın insanın təcili köməyə ehtiyacı var, yoxsulluq, ehtiyac son həddə çatıb”.

KONKRET.az xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin Proqram, Büdcə və Hesablama Komissiyasının sədri Həmidrza Hacı Babayi bəyan edib. O, ölkənin iqtisadi strukturunda tez bir zamanda islahatlar aparılmalı olduğunu bildirib.

 

Ölkənin 40 milyona yaxın əhalisinin köməyə ehtiyacı var. Ölkənin iqtisadi strukturu qüsurlu və xəstədir və bizə iqtisadi inqilab lazımdır. İnsanların ölkənin iqtisadi durumundan narazılığının səviyyəsini gizlətmək olmaz”.

Xalqın gəlirinin başqa ölkələrin gəlirləri və yaşayış minimumu ilə uyğun olmadığını bildirən nazir əlavə edib: Səhv iqtisadi struktur düzəldilmədikcə ölkədə müsbət iqtisadi hadisə baş verməyəcək”.

Xuraman Etibarlı

KONKRET.az

Mənbə: konkret.az