"Zəngəzur dəhlizinin təməlinin qoyulması tarixi gündür"

"Zəngəzur dəhlizinin təməlinin qoyulması tarixi gündür"

"Qardaş Türkiyə Cümhuriyyəti Prezidenti Cənab Rəcəp Tayyip Ərdoğan və Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən Zəngəzur dəhlizinin təməlinin qoyulması həqiqətən nəinki ölkəmiz, bütün bölgə xalqları üçün tarixi gündür".

Unikal.org xəbər verir ki, bu barədə deputat Nurlan Həsənov rəsmi "Facebook" hesabında yazıb. Onun sözlərinə görə, Cənubi Qafqazın böyük nəqliyyat dəhlizinə çevrilməsi istiqamətində həyata keçiriləcək bu layihədən hərkəs faydalanacaq.

"Dünyada bugün sülh və təhlükəsizlik dedikdə, sadəcə müasir silahlara sahib olmaq, güclü ordu və ya güclü müdafiə mexanizmləri barədə düşünməməliyik! Sülh və təhlükəsizlik üçün ən güclü təminatlardan başlıcası açıq nəqliyyat dəhlizi, qarşılıqlı ticarətin olması və nəticədə xalqların rifah içərisində yaşamaqlarıdır. Zəngəzur layihəsinin hədəfi məhz budur. Artıq Cənubi Qafqazda sülh və inkişaf vaxtıdır!".

Mənbə: www.unikal.org