Həbs edilən Ermənistan BQ rəisinin müavininin vəkili raketlərin sınaqdan keçirilməsini tələb edib

Həbs edilən Ermənistan BQ rəisinin müavininin vəkili raketlərin sınaqdan keçirilməsini tələb edib

Oktyabrın 25-də Ermənistan Cinayət Apellyasiya Məhkəməsi hakim Sevak Hambardzumyanın sədrliyi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın azadlığa buraxılması ilə bağlı vəkillərin şikayətini rədd edib. Ordu.az xəbər verir ki, Qalstyanın vəkili Onik Arakelyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavininin məhkəmənin qəbul etdiyi qərarla razı olmadığını qeyd edib.

Onun sözlərinə görə, cinayət işi üzrə təyin edilmiş ekspert rəyi yoxdur.

“İstintaq orqanı ekspertizaları dayandırıb, yeni ekspertiza təyin edilib. Biz, cinayət işində qeyd olunduğu kimi, yarasız raketləri sınaqdan keçirməyi tələb etmişik”, - deyə Arakelyan bildirib.

Alpər Mövludoğlu
 

Mənbə: ordu.az