Erməni ekspert: “Görəsən azərbaycanlılar hava limanını bu qədər tez tikmək üçün nə qədər fikirləşiblər?”

Erməni ekspert: “Görəsən azərbaycanlılar hava limanını bu qədər tez tikmək üçün nə qədər fikirləşiblər?”

“Azərbaycan Ərdoğan və İlham Əliyev tərəfindən bir ildən də az müddətdə tikilmiş müasir Füzuli Hava Limanının açılış mərasimini nümayiş etdirdi”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Qarik Keryan yazıb.

“Uzun illərdir davam edən Şimal-Cənub magistralının tikintisinin biabırçı nəticələrini və bununla bağlı korrupsiya skandallarını xatırladığımda çox ağır təəssüratlarım olur. Görəsən azərbaycanlılar hava limanını bu qədər tez tikmək üçün nə qədər fikirləşiblər?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az