Ərdoğan Füzuliyə Ermənistan üzərindən gəldi? - AÇIQLAMA

Ərdoğan Füzuliyə Ermənistan üzərindən gəldi? - AÇIQLAMA

Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə işğaldan azad olunmuş Füzuli rayonunda beynəlxalq hava limanının açılışına gəldi. Bu, həm də Füzuli Hava Limanına ilk beynəlxalq uçuş idi.

Bəs, Prezident Ərdoğanın təyyarəsi hansı ölkənin üzərindən keçərək Füzuliyə gəldi? Gürcüstan, İran, yoxsa, Ermənistan?

Məlumdur ki, Ermənistan həm Azərbaycan, həm də Türkiyə hava yollarına hava məkanını açıb. Bu halda, Türkiyədən Azərbaycana, o cümlədən, Füzuli Hava Limanına uçuşlar Ermənistan üzərindən daha yaxındır.

KONKRET.az xəbər verir ki, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Turkustan.az-a açıqlamasında bildirdi ki, Türkiyə Prezidenti gətirən təyyarə çox güman ki, Gürcüstan üzərindən hərəkət edərək Füzuliyə gəlib: “Bununla belə, gözləntilərə və müvafiq razılaşmalara uyğun olaraq yaxın gələcəkdə Türkiyədən Qarabağa, o cümlədən, Füzuli Hava Limanına reyslər Ermənistan üzərindən olacaq. Həm, 10 noyabr kaputilyasiya aktında, həm də sonrakı dövrdə aparılan danışıqlarda kommunikasiyaların açıqlması hər zaman prieritet olub. Bu isə bütün kommunikasiya xəttlərini əhatə edir”.

Mənbə: konkret.az