Peskovdan kritik açıqlama: “Türkiyə ilə əlaqələrimiz yaxşıdır, amma...”

Peskovdan kritik açıqlama: “Türkiyə ilə əlaqələrimiz yaxşıdır, amma...”

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-larının işğal altındakı Donbasdakı separatçı qüvvələrə qarşı istifadə olunması Rusiyanı narahat edib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə əlaqədar açıqlama verib.

“Türkiyə ilə həqiqətən də xüsusi, yaxşı münasibətlərimiz var. Amma təəssüf ki, Ukrayna ordusuna bu cür silahların tədarük edilməsinin təmas xəttindəki sabitliyi poza biləcəyi ilə bağlı narahatlığımız təsdiqlənmiş oldu”, - Peskov qeyd edib.

Ukrayna Baş Qərargahının verilən açıqlamada oktyabrın 26-da “Bayraktar” PUA-larından ilk dəfə döyüş məqsədləri üçün istifadə edildiyi bildirilib.

Mənbə: teleqraf.com